Azərbaycan yığması yenə uduzdu

Azərbaycan yığması yenə uduzdu
XƏBƏR 18 İyun 2011 / 23:47 1954
-  A +

Kiyevdə təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan millisi Ukrayna yığması ilə növbəti yoldaşlıq oyunu keçirib. Qol.Az-ın məlumatına görə, görüşün əsas vaxtı 4:4 hesabı ilə başa çatıb.

Yığmamızın heyətində Elvin Quliyev dubl edib, Ramil Əliyevlə Nahid Mehrəliyev hərəyə 1 dəfə fərqləniblər. Qalib penalti seriyasında müəyyənləşib. Zərbələri dəqiq yerinə yetirən ukraynalı futbolçular ümumi nəticədə 5:4 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, ötən gün keçirilmiş ilk görüşdə də Ukrayna yığması qalib gəlib - 4:1.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner