UEFA-dan ermənilərə maddi dəstək

UEFA-dan ermənilərə maddi dəstək
XƏBƏR 18 İyun 2011 / 16:24 2660
-  A +

Ermənistanın mərkəzi stadionu “Razdan” yenidən bərpa olunacaq. Qol.Az-ın sport-express.ru saytına istinadən məlumatına görə, UEFA mərkəzi arenada bərpa işlərinin aparılması üçün Ermənistan Futbol Federasiyasına 6 milyon avro vəsait ayırıb.

Bu barədə Federasiya prezidenti Ruben Ayrapetyan məlumat verib. Onun sözlərinə görə, yaxın günlərdə tikinti işləri başlayacaq.

Qeyd edək ki, 1971 ildə əsası qoyulan “Razdan” stadionu Sovet dövrünün ən böyük arenalarından biri olub. Həmin vaxt stadionun azarkeş tutumu 75 min nəfər olsa da, fərdi oturacaqlar qoyulduqdan sonra, bu rəqəm 55 minə enib.

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu