“Santos” “Real”ı FİFA-ya şikayət edəcək

“Santos” “Real”ı FİFA-ya şikayət edəcək
XƏBƏR 18 İyun 2011 / 16:03 2088
-  A +

Braziliyanın “Santos” klubu “Real” barədə FİFA-ya şikayət etməyə hazırlaşır. Qol.Az-ın məlumatına görə, klub rəhbərliyi ispanları FİFA-nın qaydalarını pozmaqda günahlandırıb.

Belə ki, “kral klubu” “Santos”a rəsmi müraciət etmədən, bir-başa Neymarın özü ilə danışıqlara başlayıb. “Real” rəhbərliyi bu yolla 19 yaşlı hücumçunun keçidini ucuz qiymətə həll etməyə çalışıb. Bu isə “Santos” rəhbərliyinin qəzəbinə səbəb olub. Ona görə də braziliyalılar “kral klubu”nu şikayət etməyə hazırlaşırlar. Braziliya klubu bu üsuldan Qansonu transfer etmək istəyən “Milan” və “İnter”ə qarşı da istifadə etmişdi

Qeyd edək ki, “Santos” klubu Neymarı 45 milyon avrodan ucuz satmayacağını bildirib.

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu