“Simurq”un hücumçusu Elşən Məmmədovun müsahibəsi
- Son oyunda iki top vurmaqla bu mövsüm qollarının sayını 6-ya çatdırdın və “Simurq”un ən yaxşı bombardirinə çevrildin.
- Bacardığım qədər çalışıram komandaya kömək edim. Bunun nə qədər yaxşı alındığını deyə bilmirəm. Sözsüz ki, istərdim daha çox qol vurum. Məhsuldar ötürmə verməyin də əleyhinə deyiləm. Bir şərtlə ki, “Simurq” qələbə qazansın.
- Buna qədər karyeranda çıxış etdiyin klubun ən məhsuldar futbolçusu olmusan?
- Olub. 2004/05 mövsümündə “İnter”in heyətində çempionatda 10, ölkə kubokunda isə 6 dəfə fərqlənmişdim.
- “Simurq”un yüksək yerlər uğrunda mübarizədə əsas rəqiblərindən biri məhz elə “İnter”dir. Sən çıxış etdiyin vaxtlarla müqayisədə bu komandada xeyli dəyişiklik olsa da, hər halda, sənə tanışdır. Səncə, ölkə çempionu ilə nə dərəcədə uğurlu mübarizə aparmaq olar?
- Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Burada artıq rəqibin adı, titulu ciddi əhəmiyyət daşımır. Düzdür, ikinci dövrədə elə həmin “İnter”, “Bakı”, “Olimpik”, “Xəzər-Lənkəran”la çətin oyunlarımız var. Amma bizi heç nə qorxutmur. Həmişə olduğu kimi, bu oyunlarda da 3 xal qazanmaq istəyirik. Yekun məqsədimiz də hamıya bəllidir – avrokuboklara qatılmaq.
- Əsas rəqiblərimizdən olan “İnter”lə “Bakı” arasında sonuncu oyunu izləyə bildinmi?
- Yalnız ikinci hissəyə baxa bildim.
- Hansı komanda ilə bizə daha çətin olacaq?
- Hər ikisiylə. Həm “İnter”, həm də “Bakı” yaxşı oyun sərgilədi və oyunun taleyini yalnız bir zərbə həll etdi. Hardasa heç-heçəlik oyun idi.
- “Simurq”a da məhz bu nəticə daha çox sərf edirdi.
- Həqiqətən, belədir. Amma deməzdim ki, bu, bizim üçün ciddi əhəmiyyət daşıyır. Bizi yalnız öz matçlarımız maraqlandırır.
- “Neftçi” ilə oyuna bir neçə gün qalıb. Əlbəttə, rəqib tarixinin ən çətin vaxtlarından birini yaşayır. Amma azarkeşlər üçün bu ciddi əhəmiyyət daşımır və onlar üçün daha çox “Neftçi”nin ad-sanı rol oynayır. Yəqin ki, yeganə məqsəd 3 xaldır...
- Bu oyun barədə komanda daxilində çox söhbətlər gedib. Ev oyunlarında xal itkisinə yol vermək olmaz. O ki qaldı rəqibin durumuna, mən deməzdim ki, “Neftçi” zəif komandadır. Hər kollektiv qələbə qazanmaq istəyir və 90 dəqiqə ərzində istənilən nəticə qeydə alına bilər. Bu oyuna ciddi hazırlaşırıq.
- Çoxdandır milli komandaya cəlb edilmirsən. MOİK-lə oyunu Berti Foqts da canlı izlədi və yəqin ki, oyununu bəyəndi. Milli perspektivin barədə nə deyə bilərsən?
- Şahin Diniyev baş məşqçi olduğu dövrlərdə milliyə çağırılırdım və hər oyunda bacardığım qədər komandaya kömək etməyə çalışırdım. Rəsmi matçlarda forma geyməsəm də, yoldaşlıq oyunlarında meydana çıxmağım xoş xatirə kimi yaddaşımda qalıb.
- İndi özünü milliyə lazımlı hesab edirsənmi?
- Milliyə hansı futbolçunun lazım olub-olmadığını hamıdan yaxşı məşqçi korpusu bilir.
- Millidə üç komanda yoldaşın var. Onlara nə sözün var?
- Hər üçünə uğurlar arzulayıram. İnanıram ki, öz oyunları ilə milliyə kömək etməklə yanaşı, “Simurq”un da adını ucaldacaqlar.
Qeyd: Müsahibə “Simurq” klubunun rəsmi internet saytından götürülüb.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı