Uzun müddətdir "Villareal"ın italiyalı hücumçusu Cüzeppe Rossini transfer etmək istəyən "Barselona" klubunun növbəti cəhdi də uğursuz alınıb. Qol.Az-ın məlumatına görə, Kataloniya təmsilçisinin təklifi Rossinin meneceri tərəfindən rədd edilib.
Bu barədə açıqlama verən futbolçunun meneceri Andrea Pastorello "Barselona"nın təklifinin "Villareal"ı qane etmədiyini bildirib: "Təklifin miqdarı haqda məlumatımız yoxdur. Lakin bu məbləğin "Villarreal"ı qane etmədiyini bilirik.
Ona görə də, təklifi rədd etdik. Bununla belə, "Barselona"nın cavabını gözləyirik. Hələ ki, heç bir xəbər gəlməyib. Gözləməkdən başqa Əlimizdən bir şey gəlmir".
Qeyd edək ki, 2007-ci ildə "Mançester Yunayted"dən "Villareal"a transfer olunan Rossinin sərbəst qalma şərtinin 40 milyon avro olduğu bildirilir.
İspaniya Belçikaya qarşı
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi