“Qarabağ” Sinenkonu transfer edir? - Menecerdən açıqlama

“Qarabağ” Sinenkonu transfer edir? - Menecerdən açıqlama
ÖLKƏ FUTBOLU 24 Mart 2026 / 09:39 1573
-  A +

“İmişli”nin qapıçısı Andrey Sinenkonun “Qarabağ”ın maraq dairəsində olduğu iddia edilir.

QOL.az xəbər verir ki, bu haqda məlumatı Belarus mətbuatı yayıb.

Futbolçunun agenti Dmitri Xlebosolov ölkəsinin bel.football saytına açıqlamasında “Qarabağ”ın qapıçıya maraq göstərdiyini təsdiqləyib:

“Hazırda statistikaya baxsaq, Andrey Azərbaycanın ən yaxşı qapıçılarından biridir. Mən Sinenko ilə bağlı danışıqlar aparmaq üçün “Qarabağ”ın heyətinin formalaşdırılmasında iştirak edən tanınmış agentə icazə vermişəm. Mövsümün sonunda onun daha yüksək səviyyəyə qalxması üçün bütün variantları nəzərdən keçirəcəyik”, – deyə Xlebosolov bildirib.

Qeyd edək ki, Andrey Sinenkonun yay transfer pəncərəsində klubunu dəyişəcəyi istisna olunmur.

Bizi İnstaqramda da izlə

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Qol.az (@qolaz)

Daha çox


Son xəbərlər
topaz banner