"Fənərbaxça"dan daha bir transfer

"Fənərbaxça"dan daha bir transfer
XƏBƏR 18 İyun 2011 / 11:09 2873
-  A +

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Fənərbaxça" klubu daha bir futbolçunu heyətinə qatıb. Qol.Az-ın məlumatına görə, son Türkiyə çempionu "Eskişehirspor" klubunun futbolçusu Sezər Öztürkü transfer edib.

Öztürk "Fənərbaxça" ilə 4 illik müqavilə imzalayıb. İstanbul təmsilçisinin futbolçusu Fabio Bilikanı da "Eskişehirspor"a verdiyi bildirilir.

"Fənərbaxça" rəhbərliyi 26 yaşlı futbolçu üçün qarşı tərəfə 2 milyon 750 min avro ödəyəcək. Karyerasına Almaniyada başlayan Öztürk 2006-cı ildən Türkiyədə çıxış edir. 

Qeyd edək ki, ötən mövsüm "Eskişehirspor"un heyətində 26 oyuna çıxan Öztürk cəmi 8 dəfə rəqib qapılarına yol tapıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner