"Neftçi" Türkiyə mətbuatının diqqət mərkəzində

"Neftçi" Türkiyə mətbuatının diqqət mərkəzində
XƏBƏR 17 İyun 2011 / 18:54 2882
-  A +

İyunun 10-dan etibarən Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan Azərbaycan çempionu "Neftçi" hazırlıqlarını davam etdirir. Qol.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, flaqmanın UEFA Çempionlar Liqasına hazırlığı Türkiyə mətbuatının da diqqət mərkəzindədir.
 
Belə ki, qardaş ölkənin ən tanınmış informasiya agentliklərindən biri olan "İhlas" (İHA) komandanın düşərgəsinə baş çəkib. "İhlas"ın əməkdaşları "Neftçi"nin məşqini izləyiblər. Onlar flaqmanın baş məşqçi Arif Əsədov, eləcə də oyunçulardan müsahibə götürüblər.

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu