Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Bakının "Neftçi" klubu Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışını davam etdirir. Qol.Az-ın məlumatına görə, "Neftçi"nin baş məşqçisi Arif Əsədov hazırlıq prosesi ilə bağlı fikirlərini klubun rəsmi saytına bildirib:
"Futbolçuların əhval ruhiyyəsi yüksəkdir. Məşqlərimiz intensiv şəkildə davam edir. Təlim-məşq toplanışı komandanın gələcək yarışlara yüksək səviyyədə hazırlığı üçün çox əhəmiyyətlidir. İyunun 22-dək hazırlığımız İspartada olacaq. Daha sonra Bakıya qayıdacağıq.
Bu ayın 26-da isə Avstriyaya yollanacağıq. Hazırlığın ikinci mərhələsində bir neçə yoldaşlıq görüşü keçirməyi planlaşdırırıq. Həmin oyunlarda bütün futbolçulara şans veriləcək. İnşallah, Çempionlar Liqasının ilk oyununa komandanı tam hazır edəcəyik".
Arif Əsədov iyunun 20-də keçiriləcək Çempionlar Liqasının birinci və ikinci təsnifat mərhələsinin püşkatma mərasimi barədə də danışıb: "Hansı komanda ilə düşməyin fərqi yoxdur. Bu gün "Neftçi"nin heyətində yer alan futbolçular stabil oyunu ilə seçilirlər. Komandanın bütün əsas üzvləri bizimlə birlikdədir. Bu, bizim üstünlüyümüzü artırır.
Məsələn, ötən il yeni komanda qururduq, bu ilə isə belə bir problemimiz yoxdur. Püşkatmanın nəticəsini gözləyirik. Çalışacağıq ki, Çempionlar Liqasında gözəl oyun və yaxşı nəticə ilə azarkeşlərimizə sevinc bəxş edək".
İspaniya Belçikaya qarşı
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi