23-25 iyun tarixlərində Almaniyanın Qüterslo şəhərində uşaqlar arasında “Opel Fricke Cup 2011” beynəlxalq turnirinə start götürəcək.
Qol.Az-ın məlumatına görə, yarışlar 3 yaş kateqoriyasında - U-9, U-11 və U-13 kateqoriyalarında keçiriləcək. Həmin turnirdə U-11 yaş kateqoriyasında mükafatlar uğrunda aparılacaq mübarizədə ölkəmizi “İnter”in 11 yaşlı futbolçularından ibarət komandası təmsil edəcək.
Turnirin formatı bir qədər mürəkkəbdir. Belə ki, 30 iştirakçı komanda hər qrupda 5 komanda olan 6 qrupa bölünüb və qrupların qalibləri, qruplarda 2-ci yeri və 3-cü yeri tutmuş 6 komandadan əlavə göstəricilərə görə daha üstün olan 4 kollektiv medallar uğrunda mübarizə aparacaq. Qalan 14 komanda aşağı yerlər uğrunda top qovacaqlar.
Birinci qrup mərhələsinin yekunlarına görə ən güclü komandalar hər qrupda 4 komanda olmaq şərtilə 4 qrupa ayrılacaq. Pley-off mərhələsinə vəsiqəni hər qrupun iki ən yaxşı kollektivi qazanacaq. Sonra 1/4 final oyunları, yarımfinal və 3-cü yer uğrunda qarşılaşmalar və final matçı keçiriləcək. Məhz bu sistemlə də birinci qrup mərhələsinin uğursuz çıxış edən komandaları müəyyənləşdiriləcək.
Qeyd edək ki, “İnter” komandası “DSC Delbrück”, “BV Westfalia Wickede”, “DJK Mastbruch” və “SC Westfalia Herne” komandalarının mübarizə aparacaqları qrupa düşüb. "Bankirlər" ilk matçını iyunun 23-də keçirəcək. “İnter”in rəqibi isə “DSC Delbrück” komandası olacaq.
Əlavə etmək yerinə düşərdi ki, turnirin reqlamentinə əsasən U-11 komandaları hər hissəsi 10 dəqiqədən ibarət olmaqla iki hissə meydanda mübarizə aparacaqlar.
Xatırladaq ki, “Opel Fricke Cup 2011” turnirində alman klublarından başqa İngiltərənin, Çex Respublikasının, Polşanın, Belçikanın, Rusiyanın və Ukraynanın uşaq komandaları da iştirak edəcək. Əlavə edək ki, “İnter” həmin turnirdə Azərbaycanı təmsil edəcək yeganə komanda olacaq.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video