Braziliya yığmasının sabiq futbolçusu həbs edildi

Braziliya yığmasının sabiq futbolçusu həbs edildi
XƏBƏR 17 İyun 2011 / 01:09 2031
-  A +

1998-ci il dünya çempionatında Braziliya yığmasının heyətində gümüş medal qazanan Edmundo 1995-ci ildə törətdiyi cinayətlə əlaqədar San-Pauluda həbs olunub. Qol.Az-ın məlumatına görə, tanınmış futbolçu 16 il öncə 3 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasının iştirakçısı olub.

İyunun 14-də onun həbsinə order verilib, bundan 2 gün sonra isə mənzilində polislər tərəfindən yaxalanıb.

40 yaşlı Edmundo hazırda televiziya şərhçisi kimi çalışır. 1999-cu ildə o, 1995-ci ildə düşünülməmiş ölüm hadisəsi törətməkdə günahkar sayılaraq 4 illik həbs olunub. Futbolçu apellyasiya versə də, araşdırma ləngiyib. Cəzanın icrası isə təxirə salınıb. Məhkəmə yalnız 2011-ci il iyunun 14-cü şikayəti rədd edib və Edmundonun həbsinə qərar verib. Futbolçunun vəkilləri şikayət etmək fikrindədirlər. Onlar hesab edirlər ki, futbolçunun işi ilə bağlı müddət başa çatıb və Edmundoya türmə cəzası qanunsuzdur.

Son xəbərlər