"Eurovisionda Türkiyə bayrağını yüksəltməklə bizi qürurlandırdınız"

XƏBƏR 17 İyun 2011 / 00:49 2485
-  A +

"Turnirin qalibi olduğu üçün çox xoşbəxtik. Futbolçularımız bütün varlığı ilə mübarizə apardı, qələbə qazanmaq üçün əllərindən gələni əsirgəmədilər". Qol.Az-ın məlumatına görə, bunu Türkiyənin U-17 yığmasının baş məşqçisi Tahir Karapınar "Caspian Cup" turnirinin finalında İspaniyanı penaltilər seriyası ilə 4:3 hesabı ilə yendikləri oyundan sonra deyib. 

O, azərbaycanlı azarkeşlərin "ay-ulduzlular"a dəstəyindən məmnun olduğunu bildirib. "Eurovision musiqi yarışında Türkiyə bayrağını yüksəltməklə bizə qürur hissi yaşatdınız. Bu gün biz də qələbədən sonra Azərbaycan bayrağını dalğalandırmaqla azəri qardaşlarımıza eyni qüruru yaşatmaq istədik. Bizə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm".

Daha çox


Son xəbərlər