"Bəlkə də nəticə fərqli ola bilərdi"

XƏBƏR 16 İyun 2011 / 00:34 1542
-  A +

"Ümumilikdə, oyun bərabər səviyyədə keçdi". Qol.Az-ın məlumatına görə, bunu İspaniya U-17 yığmasının baş məşqçisi Santyaqo Denia "Caspian Cup"un finalında Türkiyəyə penaltilər seriyasında 3:4 hesabı ilə uduzduqları görüşdən sonra deyib.

Onun fikrincə, hər iki komandanın fərqlənmək üçün şansları olub: "Birinci hissədədə yaratdığımız qol imkanlarından istifadə etsəydik, bəlkə də nəticə fərqli ola bilərdi. Fasilədən sonra Türkiyə yığması daha yaxşı oynadı. Penalti zərbələrində də üstün tərəf rəqibimiz oldu".

Denia Türkiyə yığmasını turnirin qalibi olması münasibətilə təbrik edib.

Son xəbərlər
19.07.25  18:25

"Real"da qalır