Premyer-liqanın XVII turu çərçivəsində görüşəcək “Bakı” ilə “Qarabağ” bugünədək 11 dəfə qarşılaşıblar. Qol.Az-ın məlumatına görə, paytaxt klubu adını dəyişdikdən sonra çempionatda ilk matçını məhz “Qarabağ”a qarşı keçirib. Həmin matçda ağdamlılar İsmayıl Məmmədov və Vadim Vasilyevin qolları ilə 2:0 qalib gəlib. Həmin matç həm də “Bakı”nın ilk baş məşqçisi kimi tarixə düşən Elxan Abdullayevin bu postda ilk və son rəsmi görüşü olub.
Ümumilikdə, komandalar bugünədək çempionat matçlarında 9 oyun keçiriblər ki, onların da 3-də “Bakı”, 1-də isə “Qarabağ” qalib gəlib. 5 matçda tərəflər meydandan “sülh”lə ayrılıblar. Bu görüşlərdə “Bakı” 11, “Qarabağ” isə 8 qol vurub.
Komandalar 1 dəfə kubokda da üz-üzə gəliblər. İlk matçda 3:2 qalib gələn “Qarabağ”, səfərdən qolsuz heç-heçə ilə dönərək, mərhələ adlayıb.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, “Bakı” çempionatda “Qarabağ”a qarşı keçirdiyi son 3 ev oyununda qol vura bilməyib. Hər 3 matç qolsuz heç-heçə ilə tamamlanıb. “Bakı” sonuncu dəfə “Qarabağ”ı öz meydanında 2006-cı ilin 12 martında Lobanın son dəqiqədə vurduğu qolla 2:1 hesabı ilə məğlub edib. Həmin vaxt komandanı Əsgər Abdullayev çalışdırırdı.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı