Təbriz Həsənov nəyə sevinir?

XƏBƏR 16 İyun 2011 / 21:00 1783
-  A +

"Rəqibimizin oyunlarını izləmişdim və güclü komanda olduğunu bilirdim". Qol.Az-ın məlumatına görə, bunu Azərbaycan U-17 yığmasının baş məşqçisi Təbriz Həsənov "Caspian Cup" turnirində 3-cü yer uğrunda görüşdə Gürcüstanı penaltilər seriyasında 4:1 hesabı ilə yendikləri oyundan sonra deyib. 

O, hər iki yığmanın əzmkarlığını qeyd edib: "Oyuna ciddi hazırlaşmışdıq. Hər iki komanda əzmkar mübarizə apardı. Sevinirəm ki, oyunsonrası penalti seriyasında qalib gələrək üçüncü yeri tutduq".

Daha çox


Son xəbərlər