"Bərabər səviyyəli oyunun şahidi olduq"

XƏBƏR 16 İyun 2011 / 20:53 1532
-  A +

Gürcüstanın U-17 yığmasının baş məşqçisi Vasil Maisuradze "Caspian Cup" turnirində 3-cü yer uğrunda görüşdə Azərbaycan millisinə penaltilər seriyasında 1:4 hesablı məğlubiyyəti şərh edib. Qol.Az-ın məlumatına görə, Maisuradze komandamızı təbrik edib.

"Bərabər səviyyəli oyunun şahidi olduq. Qazaxıstanda keçirilmiş turnirin finalında Azərbaycan yığmasının penalti seriyasında qalib gəldiyini bilirdik. Bu dəfə də 11 metrlik zərbələri dəqiq yerinə yetirib qələbə qazandılar. Rəqibimizi təbrik edirəm" deyə gürcüstanlı mütəxəssis bildirib.

Son xəbərlər