Son illər xeyli əcnəbi futbolçu milliləşdirilərək Azərbaycan yığmasının formasını geyinməyə imkan tapıb. Ancaq onların heç də hamısı özünü təsdiq edə, yığmada yerini bərkidə bilməyib. Bu mənada, Aleksandr Çertoqanov istisnadır.
Çertoqanov nəinki özünü təsdiq etməyi bacarıb, hətta Azərbaycan milli komandasının əvəzedilməz futbolçularından birinə çevrilib. “Bakı”, “Neftçi” və “İnter”in uğurlarında böyük rolu olmuş bu yarımmüdafiəçi yeni mövsümdən “Qəbələ”nin şərəfini qoruyacaq.
31 yaşlı futbolçunun “Qəbələ” FK qəzetinə müsahibəsi:
- Yeni kluba keçməyiniz münasibətilə Sizi təbrik edirik.
- Çox sağ olun. İnanıram ki, düzgün seçim etmişəm.
- Son üç ildə Bakının “İnter” klubunda top qovmusuz, neçə-neçə uğurlara imza atmısınız. Sizin üçün belə düşərli olan komandadan necə ayrıldınız?
- “İnter”dən xoş hisslərlə ayrıldım. Klub rəhbərliyi ilə münasibətlərim bu günə qədər də yaxşıdır. Bakı klubunda oynadığım 2 il yaddaqalan olub. Bu, futbolçu üçün az müddət deyil. Klubla həm gözəl, həm də kədərli anlar yaşamışam. Bütün bunlara baxmayaraq, heç nəyə görə təəssüflənmirəm.
- Əvvəlki klubda Kaxaber Tsxadadze ilə çalışırdınız...
- O, yaddaşımda mənə həmişə etimad göstərən məşqçi kimi qalacaq. “Qəbələ”də isə Toni Adams kimi adlı-sanlı sima ilə işləyəcəyəm. Ümidvaram ki, birgə işimiz səmərəli olacaq və komandaya uğur gətirəcək. Bundan başqa “Qəbələ” həm də gözəl şəraiti olan komandadır. Bu isə futbolçu üçün vacib amildir. Doğrudur, hələ infrastrukturun qurulması davam etdirilir, amma inanıram ki, tezliklə gözəl bazamız və stadionumuz olacaq.
- “İnter”dən ayrılacağınız barədə söz-söhbət hələ mövsüm bitməmişdən dolaşırdı...
- Bildiyimə görə “Qəbələ” mənimlə çoxdan maraqlanıb, amma indiyədək konkret heç bir təklif almamışdım. Avropa çempionatının seçmə oyunlarından sonra klubla danışıqlarımız oldu və razılığa gəldik. Rəhbərliklə görüş o qədər də uzun çəkmədi və 2 illik müqaviləyə imza atdım. Qarşıdakı mövsümlərin mənim və yeni klubum üçün uğurlu olacağına inanıram.
- Niyə məhz “Qəbələ”ni seçdiniz?
- Bəlkə də kimsə fikirləşəcək ki, bu qərarım maliyyə məsələsi ilə bağlıdır, amma əsla, elə deyil. Əsas istəyim yaxşı komandaya keçmək idi ki, buna da nail oldum. Yeni klubum çox ambisiyalıdır. Hər bir futbolçu istər ki, iddialı komandada çıxış etsin. Bu baxımdan komandanın iddiaları ilə mənim istəyim üst-üstə düşür. Mənə göstərdiyi etimada görə, “Qəbələ” klubunun rəhbərliyinə təşəkkürümü bildirirəm. İnanıram ki, uğurlu karyeramı burada da davam etdirəcəyəm.
- “Qəbələ” son vaxtlar Azərbaycan millisinin bir neçə üzvü ilə daha da güclənib. Deməli, növbəti mövsümdə çox iddialı komanda görə biləcəyik.
- Bəli, yeni mövsümdə daha iddialı komanda görəcəksiz. Saşa Yunisoğlu, Arif İsayev və Murad Hüseynov keçən mövsümdən “Qəbələ”də çıxış edir. Mahir Şükürov, Vurğun Hüseynov və mən yeni transfer olunan futbolçularıq. Komandada milli futbolçuların sayı artaraq 6 nəfərə çatıb. Bu, çox yaxşı göstəricidir. Deməli, klub rəhbərliyi yeni mövsümə iddialı başlamaqda və komandanın uğurlu çıxış edəcəyinə ümid bəsləməkdə haqlıdır. Adını çəkdiyim bu futbolçularla milli komandada oynamışam. Ona görə də yeni komandamda adaptasiya problemi yaşamayacağam.
- Klub rəhbərliyi ilə yəqin ki, komandanın yaxın məqsədləri barədə də danışmısınız...
- Əlbəttə, qarşıdakı mövsümlə bağlı məqsədimiz biz futbolçular üçün tam aydındır. Hazırda “Neftçi”, “Xəzər-Lənkəran” və “Qarabağ” kimi komandalarla rəqabətə tab gətirə biləcək heyət formalaşdırılır. “Qəbələ” turnir cədvəlinin ön sıralarında yer almaq uğrunda mübarizə aparacaq. Ən pis halda avrokuboklara düşmək üçün çalışmalıyıq. İnanıram ki, yenilənmiş “Qəbələ” bunu edə biləcək.
"Real" onu göndərir
"Roma"dan yeni transfer
“Yuventus”la razılaşdı
PSJ futbolçusunu icarəyə verdi
Bernardeskinin yeni klubu məlum oldu
"Turan Tovuz" Türkiyədə heç-heçə etdi
"Tramp mənə dedi ki..."
Azərbaycan gimnastlarından növbəti qızıl medallar
"Real"da qalır
Azərbaycanın bayraqdarları bəlli oldu
"Mançester Yunayted"dən "Barselona"ya
Obameyanq Fransaya qayıdır
"İmişli" ilk yoxlama oyununu keçirdi
"Qarabağ"ın rəqibi "Arsenal"dan futbolçu transfer etdi
"Karvan" daha bir futbolçu ilə yolları ayırdı
Kurtua qalır, ya gedir?
"Zirə" də iştirak ərizəsini UEFA-ya göndərdi
Sabiq "Qalatasaray"lı "Araz-Naxçıvan"ın rəqibinə keçdi
Rakitiçə "Hayduk"da vəzifə verildi
"Arsenal"la 5 illik müqavilə bağlayacaq
"Hayduk" Bakı səfərindən əvvəl uduzdu
18 yaşlı Endrik evləndi
Azərbaycan güləşçilərindən 5 medal
Sneyderin oğlundan ilk peşəkar müqavilə
Argentina millisinin üzvü "Atletiko"da
"Çelsi"dən "Arsenal"a - Rəsmi
"Mançester Siti"dən A seriyası klubuna keçdi
Millimizin üzvü Türkiyə klubunda - Rəsmi
“Qarabağ” yenidən öz məkanında - Şəkillər
Yeni mövsümün 3 Azərbaycan derbisi - Hansı turda və harda?