Türkiyəli mütəxəssis hava limanında vəfat etdi

Türkiyəli mütəxəssis hava limanında vəfat etdi
DÜNYA FUTBOLU 9 Mart 2026 / 11:46 1221
-  A +

Türkiyəli mütəxəssis Engin Fırat 55 yaşında vəfat edib.

QOL.az "Hürriyet"ə istinadən xəbər verir ki, Moldova millisinin sabiq baş məşqçisi İstanbul  hava limanında ürək tutmasından həyatını itirib.

Qeyd edək ki, E.Fırat Moldova millisindən başqa, Keniya yığmasını,  İranda "Sepehan", "Sayfa", "Qostareş" klublarını da çalışdırıb. O, bu ilin fevralından Livanın “Nedjmex” klubunun baş məşqçisi idi. 

Xatırladaq ki, Engin Fıratın adı bir müddət əvvəl Azərbaycan millisi ilə də hallanırdı.


Son xəbərlər
topaz banner