"Bakıdakı turnir bizim üçün yaxşı təcrübə oldu"

XƏBƏR 16 İyun 2011 / 14:50 1470
-  A +

Bakıda təşkil olunan "Caspian Cup" turnirində 5-ci yerin sahibi də müəyyənləşib. Qol.Az-ın məlumatına görə, bu yarışda Özbəkistanla qarşılaşan Qazaxıstan millisi görüşdən 5:0 hesabı ilə qalib ayrılıb.

Qazaxıstan millisinin baş məşqçisi Nikolay Stoyakin isə oyundan keçirilən mətbuat konfransında bunları deyib: "Turnirdəki son oyunumuzu qələbə ilə başa vurduğumuz üçün sevinirik.

Sürətli oynadıq. Yaratdığımız qol epizodlarının hamısından istifadə edə bilməsək də, böyükhesablı qələbə qazandıq.

Bu turniri təşkil etdiyi üçün AFFA-ya minnətdarlığımızı bildiririk. Düşünürəm ki, Bakıdakı turnir bizim üçün yaxşı təcrübə oldu".

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner