Millimizin oyunlarının başlama vaxtı məlum oldu

XƏBƏR 3 Mart 2009 / 12:37 2603
-  A +

Avropa çempionatının elit-raundunda mübarizə aparacaq 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının oyunlarının keçiriləcəyi stadionları və qarşılaşmaların başlanma vaxtı məlum olub. Qol.Az-ın AFFA-nın internet saytına istinadən verdiyi məlumata görə, millimizin oyunlarının təqvimi aşağıdakı kimidir: 
  
19 mart
Hollandiya – Azərbaycan
Saat 22:00. Mondorf le Ben. «Con Qrün» stadionu
 
21 mart
Xorvatiya – Azərbaycan
Saat 19:00. Petanj. «Munisipial» stadionu
 
24 mart
Azərbaycan – Lüksemburq
Saat 22:00. Petanj. «Munisipial» stadionu
 
Xatırladaq ki, yığmamızın yer aldığı 3-cü qrupun oyunları Lüksemburqda keçiriləcək. Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib


Son xəbərlər