"Yuventus"un "boz kardinal"ına ömürlük cəza

"Yuventus"un "boz kardinal"ına ömürlük cəza
XƏBƏR 16 İyun 2011 / 06:25 2063
-  A +

"Yuventus" klubunun sabiq baş meneceri Luçano Moci İtaliya futbolunda fəaliyyət göstərməkdən ömürlük kənarlaşdırılıb. Qol.Az-ın məlumatına görə, bu barədə İtaliya Futbol Federasiyası bəyanat yayıb. 

Turinli klub rəsmisi hələ 2006-cı ildə 5 illik diskvalifikasiya edilib. İndi isə cəza onun ömrünün sonunadək uzadılıb. Moci transfer bazarında manipulyasiyada ittiham edilib. Yeni diskvalifikasiyaya səbəb isə onun ikinci divizionda danışılmış oyunlarda iştirakı olub.  

Son xəbərlər
19.07.25  18:25

"Real"da qalır