Bəhluldan yeni xəbər

Bəhluldan yeni xəbər
ÖLKƏ FUTBOLU 1 Mart 2026 / 17:06 4945
-  A +

“Qarabağ”ın və Azərbaycan millsinin futbolçusu Bəhlul Mustafazadə əməliyyat olunub.

QOL.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la keçirilən oyun zamanı zədələnən müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirib.

Bəhlul Mustafazadənin təxminən 3-4 həftə sonra həkimlərin nəzarəti altında bərpa prosesinə başlaması planlaşdırılır.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner