Argentinalı ulduz Madriddən ayrılacaq

Argentinalı ulduz Madriddən ayrılacaq
XƏBƏR 15 İyun 2011 / 19:04 2550
-  A +

"Atletiko" (Madrid) klubunun argentinalı hücumçusu Serxio Aquero komandasından ayrılacağını bildirib. Qol.Az-ın məlumatına görə, Aqueronun yeni komandasının adına 2 həftə ərzində aydınlıq gələcək.

23 yaşlı futbolçunun meneceri Hernan Requera da Aqueronun Madridi tərk edəcəyini təsdiqləyib: "Aquero öz qərarını verib. "Atletiko"dan ayrılacaq. Artıq geriyə dönüş yoxdur.

Hansı komandaya gedəcəyini bilmirəm. Sadəcə onu deyə bilərəm ki, bu məsələyə yaxın 15 gün ərzində aydınlıq gələcək".

Qeyd edək ki, son mövsüm "Atletiko"nun heyətində 32 oyun keçirən Aquero 20 dəfə rəqib qapılarına yol tapmışdı.


Son xəbərlər
19.07.25  18:25

"Real"da qalır