“Xəzər Lənkəran” paytaxtı seçdi

XƏBƏR 15 İyun 2011 / 16:01 2483
-  A +

“Xəzər Lənkəran” Avstriyada keçirəcəyi təlim-məşq toplanışına hazırlaşır. Qol.Az-ın məlumatına görə, komandanın toplanış öncəsi Lənkəranda bir araya gələcəyi gözlənilsə də, bu, baş tutmayıb. Belə ki, cənub təmsilçisi bu gündən başlayaraq paytaxtda toplaşacaq və iyunun 20-də Bakıdan Avstriyaya yola düşəcək.

Qeyd edək ki, futbolçu axtarışları üçün Belçikaya yollanan "Xəzər Lənkəranın"ın təcrübəli baş məşqçisi Mirça Rednik Bakı toplanışında iştirak etməyəcək.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner