Semih "Fənərbaxça"da qaldı

Semih "Fənərbaxça"da qaldı
XƏBƏR 15 İyun 2011 / 10:28 1891
-  A +

"Fənərbaxça" klubunun hücumçusu Semih Şəntürkün komandada qalıb-qalmayacağına aydınlıq gəlib. Qol.Az-ın məlumatına görə, Semih daha 3 il "Fənərbaxça"nın formasını geyinəcək.

28 yaşlı futbolçunun "Fənərbaxça" ilə 3 illik müqavilə imzaladığı bildirilir. Klub rəhbərliyi uzun zamandır adı Avropa klubları ilə hallanan Semihi komandada saxlamağa razı sala biliblər.

Qeyd edək ki, ötən mövsüm cəmi 10 oyunda forma geyinən Semih 10 dəfə rəqib qapılarına yol tapmışdı.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner