“Karvan”ın baş məşqçisi Yunis Hüseynovun Qol.Az-a müsahibəsi
- Son turda “Olimpik”lə oyunla (0:1 - red.) bağlı hakimdən narazı qalmışdınız. Bununla bağlı AFFA-ya şikayət etmisiniz?
- Matçdan sonra narazı qaldığımız üç epizodla bağlı yekun protokola öz şikayətimizi yazdıq.
- Bəs, rəsmi surətdə federasiyaya şikayət etmək fikriniz var?
- Elə bu şikayət dolayısı ilə federasiyaya ünvanlanıb. Hər halda onlar protokolun arxasındakı qeydləri nəzərdən keçirərkən bunu görəcəklər.
- Konkret narazı qaldığınız epizodlara ətraflı şəkildə aydınlıq gətirə bilərsiniz?
- Həmin üç epizoddan ikisi onbirmertlik cərimə zərbəsi ilə bağlı idi. Rəqib futbolçunun cərimə meydançası daxilində əllə oynamasını hamı gördü. Bu iki epizoddan başqa narazı qaldığımız daha bir epizod Bəşir Müqədiyə “qırmızı vərəqə” göstərilməməsiylə bağlıdır. Bəşir arxadan aşkar şəkildə bizim futbolçumuzun ayağına «getdi». Referi isə buna göz yumdu.
- AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun də görüşü izlədiyi deyilir. Onunla matçdan sonra görüşünüz oldu?
- Yox. Mən stadionda Xaqani Məmmədovu görmədim. Oyunun hakim-inspektoru Asim Xudiyeviydi.
- Xaqani Məmmədov saytımıza verdiyi açıqlamada dediyiniz iki epizodu izlədiyini və orada onbirmertlik cərimə zərbəsinin olmadığını söyləyib. Onun sözlərinə görə, hakim tamamilə düzgün qərar qəbul edib.
- Epizodda topun Mahir Şükürovun əlinə dəydiyini hamı gördü. Mahir özü də oyundan sonra etiraf etdi ki, həqiqətən də top onun əlinə dəymişdi. Mənim üçün burada qəribə heç nə yoxdur. Həmin epizod AFFA-nın Hakimlər Komitəsinə necə sərf edirsə, o cür də qərar verəcəklər.
- Sizcə, “Olimpik”lə oyunda hakim bilərəkdən bu səhvləri etdi, yoxsa səviyyənin aşağı olması öz sözünü dedi?
- Bunu deyə bilmərəm. Mən deməmişəm ki hakim həmin qərarları qərəzli olaraq edib. Amma səhv istənilən halda səhvdir və bunu araşdırmaq lazımdır.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı