Nə Rednik, nə Hacı

Nə Rednik, nə Hacı
XƏBƏR 14 İyun 2011 / 22:20 2670
-  A +

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Aleks Pitsurkanın atası Viktor Pitsurka Rumıniya milli komandasına baş məşqçi təyin olunub. Qol.Az-ın məlumatına görə, Pitsurka bu postda Ukrayna "Şaxtyor"unun baş məşqçisi Mirça Luçeskunun oğlu Razvan Luçeskunu əvəzləyib.

Luçesku iyunun 4-də Rumıniyanın Bosniya və Herseqovina üzərində 3:0 hesablı qələbə qazandığı görüşdən sonra yığmanı tərk edib. Onu ilk 4 matçda cəmi 2 xal yığa bildiyi üçün tənqid edirdilər. Pitsurka isə Rumıniya Futbol Federasiyası ilə 30 noyabr 2015-ci ilədək müqavilə bağlayıb. Onun qarşısına millini Fransada keçiriləcək Avro-2016-ya çıxarmaq tapşırığı qoyulub. 

Qeyd edək ki, Viktor Pitsurka Rumıniya yığmasına karyerasında 3-cü dəfə baş məşqçi təyin olunub. O, əvvəllər 1998-1999 və 2004 - 2009-cu illərdə də bu postu tutub. Daha öncə Razvan Luçeskunu George Hacının əvəzləməsi barədə xəbər yayılmışdı. Lakin Hacı cari seçmə tsikl başa çatdıqdan sonra yığmaya rəhbərlik etməyə razılıq verdiyindən, onunla anlaşma əldə olunmayıb. Digər namizəd qismində "Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednikin adı çəkilirdi. Hazırda Rumıniya millisi Avro-2012-nin seçmə mərhələsində 6 oyuna 8 xalla 4-cü yeri tutur.   

Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer

19.07.25  18:25

"Real"da qalır