Türkiyə Futbol Federasiyasının prezidenti Mahmud Özgenər istefa verdiyini açıqlayıb. Qol.Az-ın məlumatına görə, bu gün baş tutan mətbuat konfransında danışan Özgenər istefa verdiyini və iyunun 29-da keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini bildirib:
"Hörmətli media nümayəndələri. İlk öncə burada da məni tək buraxmadığınız üçün sizlərə təşəkkür edirəm. Türk futboluna 3,5 il xidmət etmişəm. İnanıram ki, bu müddət ərzində mənim fəaliyyətimdən narazı qalmadınız. Lakin artıq getmək vaxtıdır. Türk futboluna da gələcəkdə uğurlar arzulayıram və hər kəsə təşəkkür edirəm. Hamınız haqqınızı halal edin"
Qeyd edək ki, hazırda federasiya prezidentliyinə 2 namizəd var. Bunlar "İstanbul Böyükşəhər Bələdiyyəsi" klubunun prezidenti Göksəl Gümüşdağ və TFF İdarə Heyətinin üzvü, Acıbadəm xəstəxana şəbəkəsinin sahibi Mehmet Əli Aydınlardır.
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer