Emil Mpenza: "Azərbaycanı ÇL-də layiqincə təmsil etməyə çalışacağıq"

Emil Mpenza: "Azərbaycanı ÇL-də layiqincə təmsil etməyə çalışacağıq"
XƏBƏR 14 İyun 2011 / 16:07 1901
-  A +

Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Bakının "Neftçi" klubu hazırlıqlarını Türkiyənin İsparta şəhərində davam etdirir.

Qol.Az-ın məlumatına görə, qardaş ölkədə təlim-məşq toplanışında olan "Neftçi"nin belçikalı hücumçusu Emil Mpenza klubun rəsmi saytına açıqlama verib: 

"Çempionlar Liqası mötəbər turnirdi. Mən İngiltərə Premyer Liqası, Almaniya Bundesliqası kimi çempionatlarda iştirak etmişəm. Ancaq Çempionlar Liqası çox fərqli yarışdır.

Buna görə də çox xoşbəxtəm ki, Avropanın ən böyük klub turnirində mübarizə aparacağıq. Çalışacağıq ki, "Neftçi"ni və Azərbaycanı layiqincə təmsil edib, azarkeşlərə sevinc hisləri bəxş edək".

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır