Misli Premyer Liqasının 20-ci turunun son qarşılaşması gərgin anlarla yadda qalıb. “Qəbələ” öz meydanında “Sabah”a 0:1 hesabı ilə məğlub olub.
QOL.az xəbər verir ki, görüşün son dəqiqələrində meydan sahibləri hesabı bərabərləşdirdiklərini düşünsələr də, onların sevinci uzun çəkməyib. Matçın 87-ci dəqiqəsində Prins Ovusu topu qapıdan keçirsə də, epizod VAR-ın müdaxiləsi ilə yenidən qiymətləndirilib.
Baş hakim Rauf Cabarov VAR otağından daxil olan məlumatdan sonra monitora yaxınlaşaraq vəziyyəti təkrar izləyib. Baxışdan sonra hücumun əvvəlində “Qəbələ” futbolçusunun əllə oynadığı müəyyənləşdirilib və qol qüvvədən salınıb.
Beləliklə, oyunda hesab dəyişməyib. “Sabah”a qələbə qazandıran yeganə qolu 54-cü dəqiqədə Xəyal Əliyev vurub.
Qeyd edək ki, bu qələbə ilə paytaxt təmsilçisi xallarının sayını 49-a çatdırıb və liderliyini qoruyub. “Qəbələ” isə 14 xalla turnir cədvəlinin son pilləsində qalmaqda davam edir.
Musanın yubiley qolu
İnyesta Mərakeş millisinə rəhbərlik edəcək?
İki Premyer Liqa klubunun hədəfinə düşdü
"Ayaks"ın yeni hücumçusu matçın 2-ci dəqiqəsində zədələndi
"Atletiko"dan gözlənilməz məğlubiyyət