"Qarabağ" tam tərkibdə

"Qarabağ" tam tərkibdə
XƏBƏR 13 İyun 2011 / 22:59 2197
-  A +

Ağdamın "Qarabağ" klubu Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 4 gündür 12 nəfərlə məşq edən komandaya dünən axşam legionerlər də qoşulub.

Bu gün isə Azərbaycan millisinin üzvləri və Georgi Adamiya "Qarabağ"ın düşərgəsinə qatılıblar. Bununla da futbolçuların ümumi sayı 22-yə çatıb. Amma komanda heç də tam heyətlə məşq edə bilməyib. Belə ki, günün ilk çalışması 10:15-də baş tutanda millimizin futbolçuları hələ yoldaydılar. Məşq isə trenajor zalında başlayıb. Yarım saatlıq çalışmanın ardından komanda meydançaya yollanıb. Təxminən 80 dəqiqə davam edən çalışmada futbolçular əsasən sürət çalışmalarını yerinə yetiriblər.

Günün ikinci məşqi isə 17:30-da baş tutub. Artıq tam heyətlə toplaşan "Qarabağ"ın çalışmalarından öncə baş məşqçi Qurban Qurbanov çıxış edib. Ardınca baş tutan məşqə təlim-məşq toplanışının ilk günündən düşərgədə olanlar, eyni zamanda Ansi Aqolli və Admir Telinin iştirakı ilə toplu çalışmalar yerinə yetirilib. Milli futbolçular yol yorğunluğu səbəbindən ancaq "kvadrat"la kifayətləniblər. Zədəli Rauf Əliyev isə çalışmada iştirak etməyib.

Məşqin sonunda tək toxunuşlu, ardınca isə sərbəst olaraq futbol oynanılıb. Təcrübəli Zaur Həşimovun başçılıq etdiyi Osman Umarov, Qara Qarayev, Tural İsgəndərov, Murad Səttarlı, Elgiz Kərəmi və Kamil Hüseynovdan ibarət komanda Bojan Pavloviç, Ansi Aqolli, Namiq Yusifov, Emin İmaməliyev, Admir Teli, Nderim Nedzipi və İlqar Qurbanovdan ibarət komandanı ümumi nəticədə 1 top fərqi ilə məğlub ediblər.

Sabaha "Qarabağ"ın 2 məşqi nəzərdə tutulub. 

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır