Məhəmməd Salahın ailəsində itki

Məhəmməd Salahın ailəsində itki
XƏBƏR 9 Fevral 2026 / 19:45 1193
-  A +

“Liverpul”un hücumçusu Məhəmməd Salahın babası Əhməd Əbdül Aziz əl-Bambi fevralın 9-u səhər saatlarında dünyasını dəyişib.

QOL.az xəbər verir ki, bu barədə Misir mətbuatı məlumat yayıb. Futbolçunun dayısı və Məhəmməd Salah adına Gənclər Mərkəzinin sədri bu xəbəri təsdiqləyib.

Qeyd olunur ki, 33 yaşlı futbolçunun dəfn mərasimində iştirakı hələlik sual altındadır. Çünki onun sıx oyun qrafiki var. “Liverpul” növbəti matçını fevralın 11-də Premyer Liqanın 26-cı turunda “Sanderlend”ə qarşı keçirəcək.

Daha çox


Son xəbərlər
topaz banner