Ramiz Məmmədova əvəzləyici tapıldı

Ramiz Məmmədova əvəzləyici tapıldı
XƏBƏR 13 İyun 2011 / 14:03 1881
-  A +

Xəbər verdiyimiz kimi, Qazaxıstanın "Atırau" klubunu çalışdıran həmyerlimiz Ramiz Məmmədovun istefası qəbul olunub. Qol.Az-ın məlumatına görə, Məmmədovla yanaşı onun əsas köməkçiləri olan Elxan Abdullayevlə Mehman Baxışov da "Atırau"dan ayrılıb.

Qazaxıstan mətbuatı artıq Məmmədovu əvəzləyəcək şəxsin adını da açıqlayıb. Məmmədovu müvəqqəti olaraq məşqçilər korpusunda çalışan İvan Azovski əvəzləyəcək.

Qeyd edək ki, Azovski Məmmədovun rəhbərlik etdiyi məşqçilər korpusunda çalışan yeganə yerli mütəxəssis idi.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır