Belarus millisinin, “Barselona” və “Arsenal”ın sabiq yarımmüdafiəçisi Aleksandr Qleb Çempionlar Liqasının ümumi mərhələsinin yekunları və pley-off mərhələsinin püşkü barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, 44 yaşlı futbol adamı bu barədə Rusjyanın “Sport-ekspress” qəzetinə müsahibəsində danışıb. O, bu zaman Azərbaycan çempionu “Qarabağ”ın uğurlarına da toxunub.
Veteran futbolçu “Ayaks”, “Napoli” və “Marsel” kimi nəhənglərin kənarda qaldığı halda, “Qarabağ” və “Bodo-Qlimt”in pley-offa yüksəlməsini ədalətli hesab edib. O, futbolun yeni qəhrəmanlara ehtiyacı olduğunu vurğulayıb:
"Əgər onlar ora düşüblərsə, deməli, buna layiq olublar. Böyük ad özü-özlüyündə nə oyunları, nə də turnirləri qazandırır, baxmayaraq ki, əlbəttə, rəqiblərə müəyyən təsir göstərir. Amma axı həmişə eyni komandalar diqqət mərkəzində qala bilməz. Yeni qəhrəmanlara da ehtiyac var! “Bodo-Qlimt” və “Qarabağ”ın özlərindən gur səslə söz etdirməsi yaxşıdır. Bu, savadlı məşqçilər, motivasiyalı futbolçular və keyfiyyətli seleksiya olduqda Avropada müəyyən uğurlar qazana biləcək digər güclü komandalar üçün əla nümunədir".
Qleb “Qarabağ”ın növbəti mərhələ şanslarını da real qiymətləndirməyə çalışıb. O, Ağdam klubunu “Nyukasl”la ağır oyun gözlədiyini, lakin itiriləcək heç nəyin olmadığını bildirib:
"Açığı, onların 1/8 finala yüksələcəyini təsəvvür etmək mənə çətindir. Onları aşkar favoritlərlə görüşlər gözləyir: norveçliləri “İnter”, azərbaycanlıları “Nyukasl”la oyunlar. Digər tərəfdən, belə komandaların itirəcəyi bir şey yoxdur, iştah isə yemək zamanı artır. Pley-off mərhələsində ustalıqdan başqa bəxt də çox böyük rol oynayır. Bəzən hər şeyi şansla birbaşa bağlı olan ayrı-ayrı epizodlar həll edir".
"Sumqayıt"ın geridönüşü - Video
"Özümüzü çıxılmaz vəziyyətə saldıq" - Yuri Maksimov
Arda Güler daha 5 il "Real"da
“Sumqayıt” və “Şamaxı”dan əzmkar qələbə
“Real” La Liqanı məhv etməyə çalışır”
MOİK və "Karvan Yevlax"dan qələbə
“Yuventus”un Bernardo Silva planı
Şamaxıdakı 5 qol - Video
Azər Bağırov qələbəni ona həsr etdi
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər
"Bu məğlubiyyət daha acı oldu" - Zaur Həşimov
"Real" Vinisius məsələsində geri çəkilmək istəmir
Venger FİFA prezidentliyinə namizədliyini irəli sürəcək?
"Şamaxı" - "Şəfa" oyununun heyətləri müəyyənləşdi
"Çelsi"nin kapitanı dizindən əməliyyat olundu
Azərbaycan klubları neçəncidir? - UEFA reytinqi
AFFA həkimi olmayan klubları cərimələdi
Karvahalı transfer etdilər, Sanço ilə danışıq gedir
İki günə qırılan rekord
"Milan"ın darmadağını - Video
"Qarabağ” - “Neftçi” oyununa azarkeş marağı yüksəkdir
Salah avrokuboklarda bunu bacaran ilk oyunçudur
Dünya çempionatında daha bir gümüş medal
Sanki Almaniya yox, Türkiyədir - Video
Kamilo Duran “Benfika”ya yenə qol vurdu
Konfrans Liqasında Liqa mərhələsi başladı
"Beşiktaş", "Milan" və "Yuventus"dan qələbə
“Milan”dan darmadağın, “Bayer”dən 4 qol
"Trabzonspor"dan qələbə, Zamiqin komandasından heç-heçə
Vüsal İsgəndərlinin komandası xal itirdi
“Beşiktaş”ın hücumçusu qol vurdu, tənqid olundu
İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna göz dikdi
Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - Video
FİFA-nın vitse-prezidentindən İnfantinoya sərt mesaj
"Səbail", "Xankəndi" və "Şimal"dan qələbə
Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü