Argentinalı ulduz futbolçu Lionel Messi DÇ-2026-ya hazırlıq məqsədilə "İnter Mayami"dəki məşq proqramında ciddi dəyişiklik edib.
QOL.az xəbər verir ki, bu barədə "The Touchline" nəşri məlumat yayıb.
Bildirilir ki, 38 yaşlı kapitan milli komandanın maraqlarını klub karyerasından üstün tutmağa qərar verib. Messi qarşıdan gələn Dünya Çempionatında zədəsiz iştirak etmək üçün məşq planına yenidən baxıb.
Yeni proqrama əsasən, ulduz futbolçu fiziki yükləmələr və sürət çalışmaları əvəzinə bərpa prosesinə daha çox vaxt ayıracaq. Həmçinin Messi hansı oyunlarda meydana çıxacağına və nə vaxt istirahət edəcəyinə şəxsən özü qərar verəcək. Bu tədbirlər onun mundialı buraxmaq riskini minimuma endirmək üçün görülüb.
Xatırladaq ki, Messi daha öncə bu çempionatın onun üçün sonuncu olacağını açıqlayıb. İndiyədək Argentina millisində 196 oyun keçirib 115 qol vuran Messi son dünya çempionu və ikiqat Amerika Kubokunun qalibidir.
"Beşiktaş" onu göndərdi
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi