Nani: "Bir gün Mourinyo ilə çalışmaq istərdim"

Nani: "Bir gün Mourinyo ilə çalışmaq istərdim"
XƏBƏR 13 İyun 2011 / 10:27 1690
-  A +

"Mançester Yunayted"in portuqaliyalı yarımmüdafiəçisi Luiş Nani bir gün "Real" (Madrid) klubuna transfer olunacağını istisna etməyib. Qol.Az-ın məlumatına görə, Nani "Real"ın baş məşqçisi Mourinyo ilə çalışmaq istədiyini gizlətməyib:

"Mançester Yunayted"də xoşbəxtəm. Bu komanda ilə daha böyük uğurlar qazanmaq istəyirəm. Lakin digər klubların da mənimlə maraqlanmasını eşitmək gözəl hisslərdir.

Bir gün Mourinyo ilə çalışmaq istərdim. Onunla işləmək daha maraqlı olardı. Bununla belə, hələ ki "Mançester Yunayted"də özümü yaxşı hiss edirəm".


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır