“Bursaspor”la oyun çox ağır keçdi. Rəqibimiz UEFA kubokuna qatılmağa çalışdığından, onlar da meydana qələbə üçün çıxmışdılar. Digər tərəfdən də həm yerli azarkeşlər stadionu doldurmuşdular, həm də meydanın vəziyyəti pis idi. Bu iki amil bizim işimizi daha da çətinləşdirmişdi”. Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri milli komandamızın və Türkiyənin “Kocaelispor” klubunun üzvü Rəşad Sadıqov deyib. Təcrübəli müdafiəçi birinci ilə müqayisədə ikinci hissədə yaxşı oynadıqlarını bildirib: “İlk yarıda zəif təsir bağışladıq. Bunun da məntiqi nəticəsi kimi qapımızda qol gördük. Amma ikinci hissədə oyunun axarını dəyişə bildik. Topa daha çox nəzarət edən tərəf biz idik. Bununla belə, rəqibin də fərqlənmək üçün şansları oldu. Lakin 70-ci dəqiqədən etibarən “Bursaspor”u qapısına doğru sıxışdıra bildik. Son dəqiqələrdə bərabərlik qolunu vurduq. Hesabda irəli olarkən, “Bursaspor”un futbolçuları vaxtı uzatmağa çalışırdılar. Buna görə də hakim matçın sonuna 5 dəqiqə əlavə etdi ki, həmin vaxtda qələbə topunu vurmağa çalışsaq da, istəyimizə nail ola bilmədik”.
R.Sadıqov bildirib ki, qarşıdakı turda qarşılaşacaqları “Eskişehirspor”la matç çox böyük önəm daşıyır: “Superliqada qalmaq uğrunda mübarizəmizi davam etdiririk. Bu həftə sonu qarşılaşacağımız “Eskişehirspor”la matç böyük önəm daşıyır. Onları məğlub edə bilsək, superliqada qalmaq şansımız daha da artacaq. Həm də əsas rəqiblərimizlə hələ oyunlarımız var. İkinci dövrə başlayandan “Sivasspor”, “Qalatasaray”, “Bursaspor” kimi güclü komandalarla səfərdə qarşılaşmışıq. Superliqada qalmaq uğrunda yarışan komandalarla hələ oyunumuz var. Buna görə də düşünürəm ki, rəqiblərimizlə oyunlardan uğurlu nəticələrlə ayrıla bilsək, superliqada qalacağıq”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı