Təbriz Həsənov: "Kəşfiyyata ehtiyac duymadan hücuma atıldıq"

Təbriz Həsənov: "Kəşfiyyata ehtiyac duymadan hücuma atıldıq"
XƏBƏR 12 İyun 2011 / 23:58 1908
-  A +

"Maraqlı oyun oldu. Rəqibi tanıyırdıq. Ona görə də kəşfiyyata ehtiyac duymadan hücuma atıldıq". Qol.Az-ın məlumatına görə, bunu Özbəkistanı 4:2 hesabı ilə yendikləri oyundan sonra Azərbaycan U-17 yığmasının baş məşqçisi Təbriz Həsənov deyib.

O bildirib ki, komandasının məqsədi erkən qol vurmaq olub ki, bu plan da baş tutub: "Birinci hissədə 3 qol vurduq. Bütün futbolçuların oynamasına şərait yaratmaq üçün fasilədə əvəzetmələr etdik. Hesab 4:0 olduqdan sonra, görünür, uşaqlarda arxayınlaşma yarandı. Rəqib də bundan yararlanaraq iki qol vurdu. Qarşımızdakı vəzifə Türkiyə yığması ilə oyuna yaxşı hazırlaşmaq və bu rəqibi məğlub edib finala çıxmaqdır".

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır