"Qapıçılarımız ciddi səhvlərə yol verdi"

XƏBƏR 12 İyun 2011 / 23:48 1814
-  A +

"Azərbaycan fiziki cəhətdən güclü komandadır. Topla yaxşı davranır və yaradılmış imkanları qola çevirə bilirlər". Qol.Az-ın məlumatına görə, bunu Özbəkistan U-17 yığmasının baş məşqçisi Dilşod Nuraliyev Azərbaycan yığmasına 2:4 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O bildirib ki, Türkiyə ilə keçirdikləri dünənki ağır oyunla əlaqədar bu gün futbolçularında yorğunluq olub: "Rəqib isə bizdən daha yaxşı təsir bağışlayırdı. Bu da hesabda öz əksini tapdı. İkinci hissədə 2 əvəzetmə ilə oyunun axarını nisbətən dəyişə bildik. Ancaq bu, xal qazanmaq üçün kifayət etmədi. Təəssüf ki, turnirdə keçirdiyimiz hər iki oyunda qapıçılarımız ciddi səhvlərə yol verdi".

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner