Elmar Baxşıyev təkzib edir

Elmar Baxşıyev təkzib edir
XƏBƏR 12 İyun 2011 / 22:39 1803
-  A +

"Hazırda flaqmanın heyətində Türkiyədə təlim-məşq toplanışında iştirak edirəm. Yəni, "Neftçi"dən ayrılmağım barədə yayılan xəbərlər həqiqətəuyğun deyil". Qol.Az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Elmar Baxşıyev klubun rəsmi saytına açıqlayıb.

Baxşıyev bildirib ki, o, "Neftçi"nin oyunçusudur və bütün diqqətini növbəti yarışların hazırlığına yönəldib: "Bizi qarşıda Çempionlar Liqası kimi mötəbər turnirlər gözləyir. Azərbaycanın ən köklü klubu olan "Neftçi" həmişə qələbəyə layiqdir".

Qeyd edək ki, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Neftçi" qarşıdakı yarışa intensiv hazırlaşır. Hazırda Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan flaqman gündə 2 dəfə məşq edir.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır