"Çempionlar Liqasına yaxşı hazırlaşmaq lazımdır"

"Çempionlar Liqasına yaxşı hazırlaşmaq lazımdır"
XƏBƏR 12 İyun 2011 / 22:34 2036
-  A +

Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan Azərbaycan çempionu "Neftçi" PFK Çempionlar Liqasına hazırlıqları davam etdirir. Qol.Az-ın məlumatına görə, komandanın yeni transferi, serbiyalı qapıçı Saşa Stamenkoviç hazırlıq barədə klubun rəsmi saytına fikirlərini bildirib.
 
Serbiyalı qapıçı deyib: "Artıq yeni komandamda məşqlərə başlamışam. Burada hər şey məni qane edir. "Neftçi"də çox yaxşı ab-hava hökm sürür. Bilirəm ki, "Neftçi" köklü klubdur, böyük uğurlara imza atıb. Mən də bu komandanın gələcək uğurlarında pay sahibi olmaq istəyirəm. Heyətdəki sağlam rəqabət mənim çox xoşuma gəlir".

Stamenkoviç Çempionlar Liqasında "Neftçi"nin azarkeşlərini sevindirəcəklərinə inandığını da söyləyib: "Qarşıda bizi məsul yarış gözləyir. Çempionlar Liqası ciddi turnirdir və bu yarışa yaxşı hazırlaşmaq lazımdır. İnanıram ki, Avropanın ən sanballı klub turnirində uğurlu çıxış edib, "Neftçi"nin azarkeşlərini sevindirəcəyik".

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır