Azərbaycan yığmasının baş məşqçisi hava şəraitindən şikayətləndi

Azərbaycan yığmasının baş məşqçisi hava şəraitindən şikayətləndi
XƏBƏR 12 İyun 2011 / 00:29 2217
-  A +

"Çətin oyun oldu. Havanın isti olması hər iki komandaya problem yaradırdı". Qol.Az-ın məlumatına görə, bunu Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi Təbriz Həsənov Qırğızıstanı 3:0 hesabı ilə yendikləri oyundan sonra deyib. 

Həsənovun fikrincə, rəqib çox yaxşı müdafiə olunduğundan, qol vurmaq asan olmayıb. Bununla belə, komandamız yaratdığımız imkanlardan istifadə edərək qalib gələ bilib: "Qarşıdakı oyunlarda da uğur qazanmağa çalışacağıq".

Qeyd edək ki, Azərbaycan yığmasının qollarını Kənan Manafov (16), David Qarayev (51) və Ruslan Nəsirli (55) vurub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner