Fatih Terimin əvəzinə Pol Le Quen

Fatih Terimin əvəzinə Pol Le Quen
XƏBƏR 11 İyun 2011 / 22:41 2613
-  A +

Fransalı mütəxəssis Pol Le Quen Oman yığmasına baş məşqçi təyin olunub. Qol.Az-ın məlumatına görə, Le Quenin işinə iyunun 27-dən start verəcəyi gözlənilir.

Həmin ərəfədə Küveyt və Livanla yoldaşlıq görüşləri nəzərdə tutulub. Le Quenin son iş yeri Kamerun yığması oluib. Müqavilənin müddəti və maliyyə şərtləri açıqlanmır.  

Qeyd edək ki, Oman millisinin baş məşqçi postu daha öncə Fatih Terimə təklif olunub. Lakin Terim 3 ilik müqavilə qarşılığında 7,5 milyon avroluq təklifə rəğmən, ilin 300 gününü Omanda keçirmək şərtilə razılaşmadığından, tərəflər arasında anlaşma əldə olunmayıb.  



Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir