Yığmamız ilk görüşündə böyükhesablı qələbə qazandı

Yığmamız ilk görüşündə böyükhesablı qələbə qazandı
XƏBƏR 11 İyun 2011 / 18:52 2495
-  A +

Bu gün Bakıda 17 yaşadək yığma komandalar arasında "Caspian Cup" beynəlxalq futbol turnirinə start verilib. Qol.Az-ın məlumatına görə, turnirdə ilk görüşünə çıxan Azərbaycan millisi Qırğızıstanla qarşılaşıb.

Oyunboyu üstün nəzərə çarpan Təbriz Həsənovun komandası rəqibini 3:0 hesabı ilə məğlub edib. Millimizin qollarına isə Kənan Manafov (16), David Qarayev (51) və Ruslan Nəsirli (55) imza atıblar. 

Turnirin açılış oyununda isə 2 qarşılaşma baş tutub. Şağan Olimpiya İdman Kompleksinin stadionunda Qazaxıstanla qarşılaşan Gürcüstan millisi rəqibini 5:1 hesabı ilə məğlub edib. İspaniya millisi isə yeni açılan "Dalğa Arena"da Tacikistana 6:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, günün son oyununda saat 19:30-da Türkiyə və Özbəkistan yığmaları üz-üzə gələcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner