"Neftçi" Türkiyədə məşqlərə başladı

"Neftçi" Türkiyədə məşqlərə başladı
XƏBƏR 11 İyun 2011 / 18:11 1912
-  A +

Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Bakının "Neftçi" klubu hazırlıqlarını Türkiyənin İsparta şəhərində davam etdirir. Qol.Az-ın məlumatına görə, bu gün səhər məşqində flaqmanın üzvləri test veriblər.

Komandanın məşqçisi Mehmet Ak futbolçulardan fiziki hazırlıq üzrə test götürüb. "Neftçi"nin eyni zamanda axşam məşqi də nəzərdə tutulub. Ümumiyyətlə, "ağ-qaralar" bundan sonra hər gün 2 dəfə məşqə çıxacaqlar.

Qeyd edək ki, İspartada təşkil olunan təlim-məşq toplanışı iyunun 22-dək davam edəcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner