Belçika millisinin hücumçusu Avropa nəhənglərinin hədəfində

Belçika millisinin hücumçusu Avropa nəhənglərinin hədəfində
XƏBƏR 11 İyun 2011 / 17:02 2283
-  A +

Belçikanın "Anderlext" klubunun hücumçusu Romelu Lukaku transferə çıxarılıb. Qol.Az-ın məlumatına görə, bu haqda xəbəri klubun baş meneceri Herman van Xolsberq yayıb.

Onun sözlərinə görə, Lukakunun transferə çıxarılmasında əsas məqsəd klubun maliyyə vəziyyətinin yaxşılaşdırılmasıdır: "Lukaku hökmən satılmalıdır. Çünki bu komanda üçün də faydalı olacaq. Hazırda bizim maliyyə cəhətdən sıxıntımız var.

Lukakunun satışı ilə bu çətinliyi aradan qaldıra bilərik. Bilmirəm, onu hansı klub transfer edəcək, ancaq onu deyə bilərəm ki, Lukaku ilə bir çox Avropa nəhəngi yaxından maraqlanır".

Qeyd edək ki, Lukaku "Çelsi", "Real" (Madrid) və "Milan" kimi klubların maraq dairəsinə düşüb.

  


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir