UEFA Çempionlar Liqasının əsas mərhələsini 22-ci pillədə başa vuran “Qarabağ” daha 0,750 bonus xalı qazanıb.
QOL.az haqqın.az-a istinadla xəbər verir ki, bu nəticə Azərbaycana UEFA reytinqində Sloveniyanı geridə qoymağa imkan verib.
Hazırda Azərbaycan 22,937 xalla 26-cı yerdə qərarlaşıb. Sloveniyanın aktivində isə 22,843 xal var. Lakin 26-cı pillə uğrunda mübarizə hələ başa çatmayıb. Sloveniyanın Konfrans Liqasında bir təmsilçisi – “Sele” klubu qalır. Bu komanda 1/16 final mərhələsində Kosovo təmsilçisi “Drita” ilə qarşılaşacaq. “Sele” “Qarabağ”ın PSJ və ya “Nyukasl”la oyunları ilə müqayisədə daha çox xal toplamaq şansına malikdir. Bu səbəbdən Azərbaycanın 26-cı yeri qoruması asan olmayacaq.
Cari mövsümdə Azərbaycan klubları ümumilikdə 23,250 xal toplayıb. Bu göstərici avrokuboklarda çıxış edən 4 klubun sayına bölündükdə 5,812 reytinq xalı əldə olunur.
5,812 xal Azərbaycan klub futbolu tarixində ən yüksək nəticə deyil. Rekord 2023/24 mövsümündə 5,875 xal olub. “Qarabağ” qarşıdakı 1/16 final mərhələsinin iki oyununda heç olmasa bir dəfə məğlubiyyətsiz çıxış edərsə, bu rekord yenilənəcək.
Qeyd edək ki, bu mövsüm toplanan 23,250 xaldan 18,750-si məhz “Qarabağ”ın payına düşür. Ağdam klubu Çempionlar Liqasının seçmə mərhələsində 5 xal, əsas mərhələyə yüksəlməyə görə 6 bonus xalı, əsas mərhələdə 7 xal, 22-ci yerə görə isə əlavə 0,750 bonus xalı qazanıb.
Klub reytinqində “Qarabağ” 42,750 xalla 58-ci yerdə qərarlaşıb. Daha əvvəl bildirildiyi kimi, Qurban Qurbanovun komandası bu mövsüm klub reytinqi üçün topladığı xallara görə də rekord müəyyənləşdirib. Hazırda “Qarabağ”ın aktivində 13,750 xal var. Əvvəlki rekord 2023/24 mövsümündə 11 xal idi.
Renat Dadaşovun komandası böyük hesabla məğlub oldu
Derbidə vurulan 6 qol - Video
Cəlal Hüseynovun "Petrolul"u xal itirdi
Haaland Premyer Liqada daha bir rekordu yenilədi
"Qarabağ" - "Neftçi" matçında heç-heçə, "Sabah"dan qələbə
“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə təqdim olundu
İsayevin dublu, "Sabah"ın 4 qollu qələbəsi - Video
Nərimanın komandasından növbəti qələbə
“Qalatasaray” son dəqiqə qolu ilə qələbə qazandı
Çelsi” mövsümdə ilk dəfə qapısını toxunulmaz saxladı
“Görüləsi işlərimiz çoxdur” - Yeton Bekiri
“Derbini neytral azarkeş kimi izləyəcəyəm” - Dambrauskas
Qapıçı zədələndi, xərəkdə aparıldı
"Qarabağ" - "Neftçi" matçının heyətləri açıqlandı
Sıx qrafikə görə klubun mətbuat konfransı ləğv edildi
Mourinyo Arda Gülerdən danışdı
Azərbaycan kubokunda 12 oyunun vaxtı açıqlandı
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi - Şəkillər
Azərbaycan klubunda baş məşqçi ayrılığı
"Qəbələ" - "Sabah": Heyətlər
Ronaldo yeni brend yaradır
Mourinyo: "Vinisiusun yerində olsaydım"
DÇ-2027-nin brendi Bakıda nümayiş olunub - Şəkillər
Cerrardın yeni klubu məlum oldu
Mbappe 500-ə çatdı
“Napoli”nin 6 oyununu buraxacaq
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak oldu
Konte “Mançester Yunayted”i çalışdırmağa hazırdır
“Real”ın futbolçusu məhkəmə qarşısına çıxacaq
Neymar: “Yamal dünyanın ən yaxşı futbolçusudur”
Şeydayev oynadı, komandası qalib gəldi
“Karvan-Yevlax” 3 xalı 2 qolla qazandı - Video
Mahirin komandasından mövsümdə ikinci qələbə
Futzal millimiz Çexiyaya uduzdu
"Sumqayıt"ın geridönüşü - Video
"Özümüzü çıxılmaz vəziyyətə saldıq" - Yuri Maksimov
Arda Güler daha 5 il "Real"da
“Sumqayıt” və “Şamaxı”dan əzmkar qələbə
“Real” La Liqanı məhv etməyə çalışır”
MOİK və "Karvan Yevlax"dan qələbə
“Yuventus”un Bernardo Silva planı
Şamaxıdakı 5 qol - Video
Azər Bağırov qələbəni ona həsr etdi
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər