Yaşar Abuzərov: “Əvvəlki “Olimpik” indikindən qat-qat güclü idi”

XƏBƏR 2 Mart 2009 / 15:00 2647
-  A +

“Məncə ölkə kubokunun ¼ mərhələsində “Olimpik”i keçə biləcəyik. Səfərdə oynayacağımıza baxmayaraq, buna gücümüz çatar. Əsas odur ki, rəqib qapısına qol vurub öz qapımızdan buraxmayaq”. Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Qəbələ”nin yarımmüdafiəçisi Yaşar Abuzərov deyib. Abuzərov indiki “Olimpik”lə əvvəkli, yəni özünün orada çıxış etdiyi vaxtdakı “Olimpik”i də müqayisə edib: “Əvvəlki “Olimpik” qat-qat güclü idi. Sözün hər mənasında. Xüsusən də fiziki hazırlıq baxımından. İndiki komanda bu cəhətdən xeyli axsayır”. 

 


Son xəbərlər