İspaniya və Gürcüstan millisindən darmadağın

İspaniya və Gürcüstan millisindən darmadağın
XƏBƏR 11 İyun 2011 / 12:24 2164
-  A +

Bu gün Bakıda 17 yaşadək yığma komandalar arasında "Caspian Cup" beynəlxalq futbol turnirinə start verilib. Qol.Az-ın məlumatına görə, saat 10:00-da baş tutan 2 oyunda darmadağın qeydə alınıb.

Şağan Olimpiya İdman Kompleksinin stadionunda Qazaxıstanla qarşılaşan Gürcüstan millisi rəqibini 5:1 hesabı ilə məğlub edib. İspaniya millisi isə yeni açılan "Dalğa Arena"da Tacikistana 6:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, gününün digər 2 görüşü isə bu axşam keçiriləcək. "Dalğa Arena"da saat 17:00-da Azərbaycan – Qırğızıstan, 19:30-da isə Türkiyə - Özbəkistan oyunları keçiriləcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner