Futbolda korrupsiya ilə mübarizə məqsədilə işçi qrup yaradıldı

Futbolda korrupsiya ilə mübarizə məqsədilə işçi qrup yaradıldı
XƏBƏR 11 İyun 2011 / 00:21 1523
-  A +

İtaliya futbolunda korrupsiya ilə mübarizə məqsədilə işçi qrup yaradılıb. Qol.Az-ın xəbərinə görə, bu barədə ölkənin daxili işlər naziri Roberto Maroni məlumat verib.

İşçi qrupun yaradılmasına danışılmış oyunlarla bağlı qalmaqal səbəb olub. Qrupun tərkibinə Daxili İşlər Nazirliyi, idman federasiyaları və xəzinədarlıqlarının rəsmiləri daxil olacaq. İlk iclas gələn həftə baş tutacaq.

Maroni deyib: "İşçi qrup bukmeyker kontorları və digər mənbələrin təqdim etdikləri oyunlara pul qoyuluşlarının çoxluğu barədə informasiyanı öyrənmək məqsədilə formalaşdırılıb. Pul qoyuluşları məbləğinin məhdudlaşdırılması qüvvədə olan metod kimi qalmayacaq. Çünki bu, qeyri-leqal totalizatorların sayının artırılmasına səbəb olur".

Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir